
ABŞ prezidenti Barak Obama beynəlxalq öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar İrana qarşı sanksiyaların sərtləşdirilməsini təsdiq edib.
APA-nın Ağ Evin mətbuat xidmətinə istinadən xəbərinə görə, sanksiyalar İran valyutasının, müxtəlif malların, o cümlədən avtomobil və nəqliyyat vasitələrinin alqı-satqısı əməliyyatlarını həyata keçirən xarici maliyyə institutlarına qarşı sərtləşdirilib.
Bundan başqa, İran hökumətinə maddi dəstək nümayiş etdirən şəxslərə qarşı əlavə sanksiyalar nəzərdə tutulub: “İstisnalar yalnız Azərbaycanın “Şahdəniz” yatağından Türkiyə və Avropaya qaz nəql edən İran müəssisə və şirkətləri üçün tətbiq olunacaq”.
Qaynar.info