Xəbər lenti

Baramaçılığın inkişafına külli miqdarda yatırım etməyə ehtiyac varmı? - Ekspert "yox" deyir
Ekonomiks13:05 29.09.2021

Baramaçılığın inkişafına külli miqdarda yatırım etməyə ehtiyac varmı? - Ekspert "yox" deyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barama istehsalının azalması pandemiya ilə bağlı orta məktəblərin bu prosesə cəlb edilməsinin dayanması ilə əlaqədardır". 
Bunu Qaynarinfo-ya açıqlamasında aqrar sahə üzrə müətxəssis Vahid Məhərrəmov keçən il Azərbaycanda barama istehsalının 30,6 faiz azalaraq 446,6 tona düşməsinin (2019-cu ildə 643,7 ton olub) səbəblərindən danışarkən deyib.
Ekspert fikirlərini belə əsaslandırıb: "Artıq bir neçə ildir ki, barama istehsalı üçün ölkədə fəaliyyət göstərən əksər orta məktəblərin inzibati binalarından istifadə olunur. Bu zaman bir sıra hallarda baramanı məktəbin sinif otaqları, idman zallarında yetişdiriblər. Barama istehsalının yarısı bu minvalla məhz məktəb otaqlarında istehsal olunub. Bundan başqa, barama istehsalı ücün bələdiyyələrin, yerli icra orqanlarının ofislərindən də istifadə edilib. Keçən il pandemiya ilə əlaqədar olaraq orta məktəblər uzun müddət bağlı qaldı. Nəticədə məktəbin müəllim və texniki heyəti artıq əvvəlki tək barama istehsalı ilə məşğul ola bilmədi. İstehsalın azalması da bununla bağlıdır”. 
Vahid Məhərrəmovun fikrincə, ölkədə əhali baramaçılığa ciddi maraq göstərmir:
"Ümumiyyətlə, Azərbaycanda barama istehsalı sovet dönəmində də problemlər içində batırdı. Əhali barama istehsalına o qədər də maraq göstərmir. Neftin qiyməti dünya bazarında aşağı düşəndə hökumət valyuta itkisini azaltmaq üçün qeyri-neft sektorunu inkişaf etdirməyə çalışdı. Amma nəticədə barama istehsalı və digər sahələrdə azalma baş verdi”. 
Həmsöhbətimiz gələcək perspektivdə bu sahəyə külli miqdarda yatırım etməyə ehtiyac olmadığı qənaətindədir: 
"Baramanın ixrac qiyməti qədər onun istehsalına subsidiya verilir. Emal müəssisələri itkiləri bu yolla kompensasiya etməyi düşünür. Bu yolla baramaçılığı inkişaf etdirmək mümkün deyil. Çəkil tingləri Çindən gətirilir, barama toxumu da digər xarici ölkələrdən gətirilir. Halbuki bunları etməyə imkanımız var”.
Rüfət Sultan