Əhməd Əhmədzadə - Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır.
Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışƏhmədzadə necə olubsa, indi “Baron” ləqəbi qazanıb. Rəhbərlik etdiyimüəssənin adı bir çox rüşvət, yeyinti qalmaqalında hallanması iləyanaşı, cənab Əhmədzadə həm də bütün qohum əqrəbasını yaxşı vəzifələrəyerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Tanınmış professorCuma Əhmədzadənin oğlu olan Əhməd Əhmədzadə oğluna da atasının adınıverib. Oğlunu Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızı iləevləndirərək qohumluq əlaqələrini daha da möhkəmləndirib.
Xatırladaqki, hal-hazırda Əhmədzadənin başçılıq elədiyi Meliorasiya və SuTəsərrüfatı ASC ümumilikdə 120 idarədən ibarət bir qurumdur. ASC SuvarmaSistemləri İdarələri - 48 idarə, Kollektorların İstismar İdarələri - 8idarə, Su Anbarların, hidroqovşaqların və Magistral Kanalların İstismarİdarələri - 13 idarə, Meliorasiya İdarələri - 4 idarə, Mexaniki Suvarmaİdarələri - 10 idarə, Subartezan Quyularının İstismar İdarələri - 9idarə, Melioservis İdarələr - 23 idarə, Azmelsutəsərrüfat - ASC,Texnoloji İstehsalat və Komplektləşdirmə İdarəsi, Su TəsərrüfatıObyektlərinin Lahiyyələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu,Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, AzərbaycanHidrotexnika və Melorasiya Elm-İstehsalat Birliyi, HidrogeolojiMeliorativ Xidmət İdarəsi, Tikintidə olan Meliorasiya və İriqasiyaObyektlərinin Birləşmiş İdarəsini və Bəhrəmtəpə Dəmir Beton Zavodunuözündə birləşdirir. Eyni zamanda bu ACS-də 25 minə yaxın adam işləyir.İl ərzində Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumların ümumidövriyyəsi 1 milyard manatı keçir.
Meliorasiyavə Su Təsərrüfatı ASC-nin tabeliyindəki idarələrin təchizatköçürmələrini araşdıranda il ərzində yüz milyonlarla manat vəsaitindövriyyədə olduğunu görürük. 2013-cü ildə təkcə Texnoloji İstehsalat vəKomkplektləşdirmə İdarəsi mal materialların alınması, traktor ehtiyyathissələrinin, su nasos ehtiyyat hissələrinin, su nasoslarının və başqahissələrin alınması üçün 18 milyon 132 min (18132 23 6) manat köçürməəməliyyatı həyata keçirib.
ASCbüdcədə nəzərdə tutulduğundan əlavə il ərzində Prezidentin ehtiyatfondundan da maliyyə ala bilir. Məsələn, elə bu ilin əvvəlində ölkəPrezidentinin sərəncamı ilə büdcədə nəzərdə tutulandan əlavə AzərbaycanRespublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya vəSu Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manatayrılıb.
Keçən ilin oktyabr ayında mətbuatamüsahibə verən Əhmədzadə “Son on ildə meliorasiya tədbirlərinə ayrılanvəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına bu sahəyəəsaslı kapital qoyuluşu isə 48 dəfəyə yaxın artıb” deyə bildirib.
Ölkəmizdəbir ənənəyə çevrilmiş –“böyük pullar dövriyyəsi” olan dövlətmüəssələrində böyük maxenasiyalar da olur- qaydası burda da özqüvvəsində qalır. Prezident seçkilərindən sonra cənab Əhmədzadənin adıişdən azad ediləcək məmurlar arasında səslənsə də, o hələ dəpostundadır. Kür daşqınları zaman ortaya çıxan problemlər, suvarmasistemlərin çəkilməsi ilə bağlı “oyunlar” (məsələn bir çox regionlardasuvarma sistemləri çəkilsə də, ora su verilməsi həyata keçirilmir)Əhmədzadənin nüfuzuna ciddi zərbə vursa da o, vəzifədənuzaqlaşdırılmadı.
Biznesmen oğul
ElmanRüstəmov haqqında araşdırmamızda da qeyd etmişdik ki, AzərbaycanRespublikasında məmurlara bizneslə məşğul olmaq qanunla qadağan edildiyiüçün, onların bir çoxu öz bizneslərini övladlarının adına keçirir.Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadə də atası sayəsində gənc yaşındabiznes imperiyasının sahibinə çevrilib. Onun İngiltərə və Çexiyada olan 2şirkəti haqqında (“ALPS s.r.o.”, “GYUNEL LİMİTED”) əvvəlki araşdırmadaməlumat vermişdik. Bu araşdırmamızda izinə düşdüyümüz “GLOBALLY LTD”adlı daha bir şirkət haqqında məlumatları təqdim edirik.
Amma bu gün əsasən Cuma Əhmədzadənin Azərbaycandakı şirkətləri barədə məlumat verəcəyik.
VergilərNazirliyinin saytında təsisçilərin adı gizli saxlansa da, biz CüməƏhmədzadənin təsisçisi olduğu şirkətlərin adlarını müəyyənləşdirəbildik.
"AdvisorsCO.", "Proyekt", "Muğal" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd"Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan CümaƏhmədzadənin həmdə otelllər zəncirinin sahibi olduğu da bildirilir.Dəqiqləşdirdiyimiz məlumata əsasən, onlardan birinin açılışında şəxsənölkə Prezidenti İlham Əliyev də iştirak edib. Əhmədzadələr tərəfindənartıq tamamən özəlləşdirildiyi bildirilən Qax rayonunda tikilən“El-Resort” oteli bu alənin Prezidnetin iştirakı ilə açdığı obyektlərdənbiridir.Digərləri barədə də aşağıda məlumat veriləcək.
Əhmədzadələrəməxsus olduğu bildirilən (biz dəqiqləşdirə bilmədik) “ İlisu UludağTurizm və İstirahət Kompleksi”nin açılışında da şəxsən Prezident özüiştirak edib.
İcra başçısı qardaş
ƏhmədƏhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə hal-hazırda Zaqatala rayonicra hakimiyyətinin başçısıdır. Yəqin ki, Zaqatalada baş verənlər barədəmətbuatda mütəmadi olaraq oxuyursuz. İdarə müdürlərindən tələb olunanrüşvət, Zaqataladakı torpaq sahələrinin baha qiyməti satılması, tikintibiznesi, xaricdəki şirkətləri barədə xəbərlər tez-tez eşidilir. Xüsusəndə, onun Kiprdə qurduğu biznes və orda satın aldığı ali təhsil müəssəsibarədə xəbərlər xeyli vaxtdır ki gündəmdədir. Biz Mübariz Əhmədzadəhaqqındakı məlumatları araşdırarkən maraqlı bir faktla qarşılaşdıq. Yenədə Azərbaycan Respublikasında məmurların bizneslə məşğul olması iləbağlı qanunu xatırladaraq,onun təsisçisi olduğu şirkət haqqında məlumatıtəqdim edirik.

Faktlarlatanış olarkən məlum oldu ki, həmin bu şirkət 2009-cu ilin sentyabrındaqeydiyyatdan keçib. Zaqatalanın İcra başçısının sahibi olduğu bu şirkətcəmi bir neçə aydan sonra Qax Rayon Avtovağzalının tikintisininsifarişini alıb və yuxarıda qeyd elədiyimiz kimi Prezident Zaqatalarayon icra hakimiyyətinin başçısının şirkətinin Qaxda tikdiyiavtovağzalın açılışına gəlib. Göründüyü kimi, sahibkarlıqla məşğulolmamaq haqqında qanunu pozan məmurun sahib olduğu müəssisələrinaçılışındakı qırmızı lentini Prezident şəxsən kəsir.
Özəlləşdirilmiş Qax
Qeydedək ki, qardaşı Əhməd kimi hələ sovet dövründən müxtəlif vəzifələrdəçalışmış Mübariz Əhmədzadə əvvəlcə Qax rayonunun İH başçısıolub.Hal-hazırda isə bu vəzifəni Əhmədzadələrin xalası oğlu MusaŞəkiliyev tutur. Ümumiyyətlə, bu nəsildə vəzifəni bir-birinə ötürməkənənəsi var. Məsələn, Əhmədzadələrin digər qardaşı Fərman Əhmədzadə QaxRayon xəstəxanasının baş həkimi olub. Keçən il kabinetində ürəktutmasından həyatını dəyişən Fərman Əhmədzadənin yerinə oğlu TərlanƏhmədzadə keçib. Qayıdaq Qaxın hal-hazırkı icra başçısı MusaŞəkiliyevə.Demək olar ki, xalaoğlu Şəkiliyev Əhmədzadələrin əlində boşfiqurdur, Qax yenə də tamamən onların nəzarətindədir.
Ammayerli camaat Musa Şəkiliyevdən çox narazıdır. Əhali ona rayonun başçısıyox, bir nömrəli biznesmeni adını verib.Belə ki, Qaxın meşələrihesabına mebel biznesini genişləndirən Musa Şəkiliyev ailə ənənələrinəuyğun olaraq rayondakı ən böyük müəssisə olan “Qax Tütün”ün sahibiEldəniz Şəkiliyevlə birləşərək böyük gəlir əldə edir.

RayondaƏhmədzadələrin də böyük biznesi olduğunu nəzərə alsaq, Musa Şəkiliyevəfəaliyyət üçün çox az sahə qalıb. Buna görə də icra başçısı xüsusiamansızlıqla əhalini istismar edir. Xüsusən də İlisunun kurort zonasıtanınması üçün çalışan ailə yerli camaatın burda hər hansı sahibkarlıqlaməşğul olmasına imkan vermir. Xırda sahibkarlıqdan dolanan əhali indibundan da məhrum olub. Yerli əhalinin meşələrdən ağac kəsib mebelsexlərinə satılması da qadağan olunub. Bu iş sadəcə icra başçısınınmonopoliyasına alınıb. Əhalinin şikayət edəcəyini bildiyinə görə, icrabaşçısı Musa Şəkiliyev onların Qaxda İlisu-Sarıbaş yolunda Hamamçay çayıüzərində salınmış körpünün açılışında iştirak edən Prezident İlhamƏliyevə yaxınlaşmasına imkan verməyib.
İlisukəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov keçmiş icrabaşçısı Mübariz Əhmədzadənin qızının baldızı əridir. MübarizƏhmədzadənin kürəkəni Elyar isə Rabitə Nazirliyində məsul vəzifədədir.
Eynizamanda, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qax Rayon Şöbəsininmüdiri Vüqar Əhmədzadə də bu nəsildəndir. Əhalinin Qaxda ən çoxnarazılıq elədiyi məmurlardan olan Vüqar Əhmədzadənin var-dövləti icrabaşçısından az deyil və söhbət etdiyimiz Qax sakinləri bizi DövlətSosial Müdafiə Fondunun rəhbərliyini Qax şöbəsində yoxlama aparmağaçağırdılar.
Biz Əhmədzadə-Şəkiliyev ailəsinə məxsus bir neçə şirkətin də adını sizə təqdim edirik.
Sonuncuşirkətin sahibi Coşqun Əhmədzadə Dövlət Gömrük Komitəsi (DGK)Avtonəqliyyat Gömrük İdarəsində rəis müavinidir. Onun adına da yəqin ki,mətbuatda tez-tez rast gəlirsiniz. Təkrara yol verməmək üçün biz CoşqunƏhmədzadə barədə olan şikayətləri yenidən işıqlandırmadıq.
Sonolaraq onu da qeyd edim ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinəqarşı Mübarizə Baş İdarəsinin bu yaxınlarda işdən azad edilən keçmişrəisi, polis polkovniki Cavad Şıxəliyev Əhməd Əhmədzadənin bacısınınhəyat yoldaşıdır.
Gördüyünüz kimi müxtəlifvəzifələrə təyin edilmiş Əhmədzadə ailəsinin üzvləri və yaxınları həm dəöz bizneslərini genişləndirərərək geniş bir klan qurmağa nail olub. Bizbunun sadəcə bir hissəsini araşdırıb tapa bildik. Araşdırmanıhazırladığım zaman bir məsələnin də şahidi oldum ki, Meliorasiya və SuTəsərrüfatı ASC tenderlərini verərkən onların arasında 2013 -cü ildəqeydiyyatdan keçmiş bir çox şirkətlər var, qanunla 3 ildən az fəaliyyətiolan şirkətlərə tender verilməsi yasaq olduğu üçün adı çəkilən qurumunmaliyyə və tender hesabatları ilə bağlı ayrıca bir iqtisadi araşdırmaüzərində işləyirəm.
Qeyd edək ki, bu gün Azərbaycanda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunur.
Aynur İmranova
Meydan.TV