Xəbər lenti

"Barsa"ya Messini qaytarmaq üçün yaşıl işıq yandırılacaq, amma...
İdman05:59 21.05.2023

"Barsa"ya Messini qaytarmaq üçün yaşıl işıq yandırılacaq, amma...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" bütün çətinliklərə rəğmən, mövsümlərarası aktivlik əldə edə bilmək üçün problemlərini həll edə bilib.
Qaynarinfo bu barədə football24.ua-ya istinadla xəbər verir.
Cümə günü (19 may) La Liqa Şurası "Barselona"nın yenilənmiş maliyyə planını müzakirə etmək üçün toplaşıb. Sport.es saytının məlumatına görə, kataloniyalılar növbəti 2 il ərzində 200 milyon avro qənaət zəmanəti veriblər və bazar ertəsi transfer işlərini həyata keçirmək üçün icazə alacaqlarına əmindirlər.
Son zamanlar Messinin Camp Nou-ya qayıtması ilə bağlı söz-söhbətlər güclənsə də, "Barsa" rəhbərliyi daha rasional hərəkət etməkdə qərarlıdır. Klubun vitse-prezidenti Eduard Romeu bildirib ki, əsas prioritet öz oyunçularının müqavilələrini yekunlaşdırmaq olacaq. Ronald Arauxo, Qavi, Markos Alonso, Serji Roberto və İnyaki Pena uzun müddət "Barsa"da qalmağa razılaşsalar da, La Liqa onların yeni müqavilələrinin qeydə alınmasına icazə verməyib.
Xatırladaq ki, bu mövsüm Xavinin komandası İspaniya Superkubokunu və çempionluğunu qazansa da, avrokuboklardan erkən çıxıb və ciddi pul almayıb.
Alpər