Xəbər lenti

“Barsa”dan Arda Turan açıqlaması
İdman20:01 02.06.2016

“Barsa”dan Arda Turan açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə millisinin üzvü Arda Turanın "Barselona”dakı taleyinə aydınlıq gəlib.

Türkiyə millisinin üzvü Arda Turanın "Barselona”dakı taleyinə aydınlıq gəlib. ANS PRESS-in məlumatına görə, yarımmüdafiəçi Kataloniya klubunda qalacaq.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Rəsmi sayt vasitəsi ilə çıxış "Barselona"nın idman direktoru Robert Fernandes məsələyə belə aydınlıq gətirib:

"Ardadan çox şey gözləyirik. Ümid edirəm ki, o, gələn mövsüm komandanın əsas üzvlərindən biri olacaq. Arda ötən mövsümün ilk dövrəsində oynamasa da, qış fasiləsindən sonra kollektivə uyğunlaşma problemi yaşamadığını göstərdi. Ona inamımız tamdı”.

Ardanın son İspaniya çempionuyla 2020-ci ilə qədər müqaviləsi var. "Barselona" ötən il Ardanı "Atletiko"dan 35 milyon avroya transfer edib.

Lakin Kataloniya klubuna qoyulan transfer qadağası səbəbindən yanvar ayının 7-nə kimi meydana çıxa bilməyib. Yanvardan oynamağa başlayan türk futbolçu Kataloniya klubunda 25 oyun keçirib və 2 qol vurub.

Bir müddət əvvəl Türkiyə çempionu "Beşiktaş"ın Arda Turanı transfer etmək istədiyi barədə xəbər yayılmışdı. Bu iddia ilə "Sabah" qəzeti çıxış edib. Qəzet iddia ediB ki, "Barselona"da sıxıntılı günlər keçirən Arda Turanın komandadan ayrılmaq ehtimalı var.

Bu ehtimalı nəzərə alan "Beşiktaş" milli futbolçunu heyətinə qatmağa çalışır. Hətta "Qara Qartallar"ın bu məqsədlə futbolçunun meneceri Ahmet Bulutla əlaqə yaratdığı da deyilir. "Barselona"nın Arda Turanı sata biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. İddia olunurdu ki, Kataloniya klubu sərfəli təklif alacağı halda türk futbolçunun transferinə icazə verəcək.

Qaynarinfo.az