Xəbər lenti

"Barselona" 25-ci dəfə İspaniya çempionu oldu (VİDEO)
İdman04:53 30.04.2018

"Barselona" 25-ci dəfə İspaniya çempionu oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya La Liqasında 2017/18 mövsümünün qalibi müəyyənləşib. 
Qaynarinfo xəbər verir ki, "Barselona" mövsümün sonuna 3 tur qalmış (Kataloniyalıların ehtiyatda daha bir oyunu var) çempionluğu rəsmiləşdirib.
Kataloniya klubu ötən axşam səfərdə "Deportivo"nu 4:2 hesabı ilə yenərək çempion olub. "Barselona"nın heyətində Lionel Messi het-trik edib, Filip Kountinyo bir qol vurub. "Deportivo"nun qollarına isə Lukas Peres və Emre Çolak imza atıb.
Qeyd edək ki, bu "Barselona"nın 25-ci çempionluğu olub.