"Barselona" Samuel Umtiti ilə müqaviləni ləğv edib.
Qaynarinfo-nun məlumatına görə, Kataloniya klubundan verilən açıqlamada 2025/26 mövsümünə qədər müqaviləsi olan futbolçu ilə qarşılıqlı razılaşma əsasında yolların ayrıldığı bildirilib.
Karyerasına "Lion”un infrastrukturunda başlayan Umtiti 2011/12 mövsümündə əsas komandaya yüksəlib. Fransa klubunun əsas komandasında beş il qaldıqdan sonra 2016/17 mövsümündə "Barselona"ya transfer olunan Umtiti mövsümüm qalanını icarə əsasında İtaliya təmsilçisi "Leççe"də keçirib. A Seriyasında 25 oyun keçirən fransalı müdafiəçinin aktivində qol və ya məhsuldar ötürmə yoxdur.
Fransa Milli Komandası ilə 2018-ci ildə dünya çempionatının qalibi olan Samuel "Barselona"da La Liqa (2), İspaniya Kral Kuboku (3) və İspaniya Superkubokunun qalibi olub.
Umtiti "Lion"da ölkə kubokunun və superkubokun qalibi olub.
Səbuhi Həsənov