Xəbər lenti

"Barselona" Braziliyadan 18 yaşlı futbolçu transfer etdi
İdman10:16 13.07.2023

"Barselona" Braziliyadan 18 yaşlı futbolçu transfer etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" yeni transferini açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, katalon təmsilçisi Braziliya A Seriyası komandalarından olan "Atletiko Paranaense"nin 18 yaşlı hücumçusu Vitor Rokeni heyətinə qatıb.
Klubdan verilən açıqlamada futbolçunun 2030-2031 mövsümünə qədər müqavilə imzaladığı bildirilib. 2024-2025 mövsümündə "Barselona"ya qoşulacaq Rokenin müqaviləsində sərbəst qalma məbləği 500 milyon avro göstərilib.
Roke dekabrda başa çatacaq A Seriyasında indiyədək meydana çıxdığı 13 matçda 7 qol vurub.
Səbuhi Həsənov