Xəbər lenti

"Barselona" bu futbolçu üçün 30 milyon avro xərcləməyə hazırlaşır
İdman09:28 27.12.2023

"Barselona" bu futbolçu üçün 30 milyon avro xərcləməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yay transfer dönəmində Joao Kanselonu "Mançester Siti"dən icarəyə götürən "Barselona" onu tam şəkildə transfer etmək niyyətindədir.
Qaynarinfo-nun məlumatına görə, "Barselona"ya gəldikdən sonra ardıcıl yaxşı çıxışları ilə diqqət çəkən futbolçu baş məşqçi Xavinin əsas "11-liy"ində yer aldı. "SPORT"un məlumatına görə, La Liqanın son çempionları gələn yay sağ cinah müdafiəçisini daimi olaraq heyətinə qatmağı düşünürlər. Lakin bunun üçün klub "Mançester Siti"yə 30 milyon avrodan çox transfer haqqı ödəməli olacaq.
"Barselona" Kanselo ilə yanaşı onun həmyerlisi, icarə müddəti bitən Joao Feliksi də daimi olaraq saxlamağı planlaşdırır. Bildirilir ki, hər iki futbolçunun transferinin reallaşdırılması üçün yeganə maneə ispan nəhənginin iqtisadi durumudur. "Barselona"nın prezidenti Xoan Laporta bu yaxınlarda verdiyi açıqlamada portuqaliyalı ulduzu gələn mövsümdən etibarən klubda daimi olaraq saxlamağa imkan verəcək həllər üzərində işlədiklərini deyib. Artıq futbolçunun nümayəndələri və müvafiq klublarla danışıqlara da başlanılıb.
Kanselo "Mançester Siti”dən göndərilməsinin səbəblərindən biri kimi Qvardiolanın paltardəyişmə otağında danışarkən onun qulaqlıqdan istifadə etməsi göstərilir. Məhz portuqaliyalı sağ cinah müdafiəçisinin bu hərəkətindən sonra Pepin gözünü qırpmadan onu komandadan göndərdiyi bildirilir.
Səbuhi Həsənov