Xəbər lenti

"Barselona" bu futbolçuya 500 milyon qiymət qoydu
İdman05:50 01.03.2019

"Barselona" bu futbolçuya 500 milyon qiymət qoydu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona” Jordi Alba ilə müqavilə müddətini uzadıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, İspaniya millisinin üzvü ilə 5 illik razılıq əldə olunub. O, 2024-cü ilin 30 iyununadək "Barselona"ya məxsus olacaq. 30 yaşlı müdafiəçinin sərbəst qalma maddəsi 500 milyon avroya qaldırılıb.
Qeyd edək ki, Jordi Alba 2012-ci ildə "Valensiya"dan "Barselona”ya 14 milyon avroya transfer olunub. Cari mövsümdə 36 oyuna çıxan futbolçu 2 qol vurub və 14 məhsildar ötürmə edib.