Xəbər lenti

"Barselona"dan 16 yaşlı futbolçu üçün astronomik qiymət
İdman12:00 02.10.2023

"Barselona"dan 16 yaşlı futbolçu üçün astronomik qiymət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" bu gün Lamine Yamal ilə yeni üçillik müqavilə imzalayacaq.
Qaynarinfo-nun məlumatına görə, bu müqavilədən sonra gənc futbolçunun sərbəst qalmaq qiymətinin bir milyard avro olacağı bildirilir.
Fabrizio Romanonun xəbərinə görə, tərəflər üçillik müqavilə ilə bağlı hələ bir neçə ay əvvəldən razılıq əldə edib. LaLiga nəhənginin bu gün 16 yaşlı futbolçu ilə 2026-cı ilə qədər qüvvədə olan müqavilə imzalayacağı açıqlanmışdı.  Bununla da Yamalın sərbəst qalma qiyməti bir milyard avro olaraq təyin ediləcək.
Cari mövsüm "Barselona" ilə La Liqada səkkiz, Çempionlar Liqasında isə bir matça çıxan Lamine Yamal iki məhsuldar ötürmə ilə yadda qalıb.
O, İspaniya millisində oynayan və qol vuran ən gənc futbolçu ünvanına sahibdir.
Səbuhi Həsənov