Xəbər lenti

"Barselona" əfsanəsini bu futbolçu ilə əvəzləmək istəyir
İdman12:33 27.06.2023

"Barselona" əfsanəsini bu futbolçu ilə əvəzləmək istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" Serxio Busketsin ayrılığından sonra onun yerini dolduracağına ümid bəslədiyi futbolçunu tapıb.
Qaynarinfo-nun məlumatına görə katalon klubu sabiq yetirməsi Oriol Romeunu heyətinə qatmaq niyyətindədir.  "Barcauniversal"da yer alan xəbərə görə, Kataloniya komandası Coşua Kimmix və Martin Zubimendi kimi bahalı futbolçulardan sonra "Jirona"da çıxış edən Oriol Romeunu da istəyir.
Müdafiəyəmeyilli yarımmüdafiəçinin müqaviləsindəki 10 milyon avro sərbəstqalma maddəsinin bu transferi xeyli asanlaşdıracağı bildirilir. Üstəlik təklifə mübadilə oyunçusu əlavə edərək transfer haqqını azaltmaq istəyən "Barselona" tərəfinin yaxın günlərdə bu keçidi açıqlaması gözlənilir.
Maddi problemlər üzündən heyətdə yer almayan futbolçularla yollarını ayırmağı planlaşdıran, lakin Ansu Fati və Ferran Torres kimi f oyunçuların komandadan ayrılmaq istəməməsi səbəbiylə çətin vəziyyətə düşən "Barselona" rəhbərliyinin, Romeu üçün "Jirona"ya böyük ehtimalla heyətdə nəzərə alınmayan Niko Qonzalesi və ya Serjinyo Desti təklif edəcəyi bildirilir.
Səbuhi Həsənov