Xəbər lenti

"Barselona" finalda uduzdu (VİDEO)
İdman05:03 26.05.2019

"Barselona" finalda uduzdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya Kubokunun final matçı keçirilib.
Qaynarinfo xəbər verir ki, Sevilya şəhərinin "Benito Vilyamarin" stadionunda baş tutan qarşılaşmada "Barselona" və "Valensiya" qarşılaşıb. Oyun 2:1 hesabı ilə "yarasalar"ın xeyrinə başa çatıb.
Qalib komandanın qollarını Kevin Qameyro və Rodriqo vurub. Kataloniya klubundan isə Lionel Messi fərqlənib.
Bununla da "Valensiya" tarixində 8-ci dəfə İspaniya Kubokunun sahibi olub. "Yarasalar" daha əvvəl 2008-ci ildə kuboku qazanmışdılar.