Xəbər lenti

"Barselona" klubu fəaliyyətini dayandıra bilər (İDDİA)
İdman06:05 29.09.2023

"Barselona" klubu fəaliyyətini dayandıra bilər (İDDİA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona” Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Neqreyra ilə bağlı rəsmi olaraq rüşvətxorluqda ittiham olunduqdan sonra dünyanın futbol xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.
"Klub təqsirli bilinərsə, bu işdə əli olanlar 3 ildən 6 ilə qədər həbs cəzası alacaqlar. "Barselona”nın özü peşəkar futbol klubu kimi fəaliyyətini dayanda bilər. Bu, çox güman ki, 124 yaşlı klubun iflasına gətirib çıxaracaq", deyə materialda bildirilir.
2023-cü ilin əvvəlində Neqreyra ilə bağlı qalmaqal üzə çıxıb. Barselona prokurorları kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roselə qarşı mümkün korrupsiya və hakimə ödənilən pullarla bağlı iddia qaldırıb. O, 17 il ərzində Kataloniya klubundan təxminən 7,3 milyon avro alıb.
İddialar təsdiqini taparsa, "Barselona"nı ağır cəza gözləyir. Beləliklə, klub Sequndaya göndərilə və avrokuboklardan kənarlaşdırıla bilər. "Barselona" bu məsələ ilə bağlı bütün ittihamları rədd edir.
Aydın