Transfer çalışmalarını davam etdirən "Barselona" Premyer Liqa komandalarından "Vulverhempton"da çıxış edən Adama Traoreni heyətinə qatmağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb. Məlumata görə "Barselona" futbolçunu mövsümün sonuna qədər icarəyə götürməyə hazırlaşır. Kataloniyaya gələn ispaniyalı futbolçu klubun bazasına getməzdən əvvəl tibbi yoxlanışdan keçəcək.
Ulduz futbolçunun transferinin qısa müddətdə rəsmən açıqlanacağı gözlənilir. Müqaviləyə görə sonradan "Barselona" 30 milyon avroya futbolçunun transfer hüquqlarına tam yiyələnə bilər. Onun maaşının klubun iqtisadi durumu ilə əlaqədar azaldığı da iddia edilib. Rəsmi müqavilə imzalandıqdan sonra futbolçunun bazar ertəsi komanda ilə ilk məşqinə başlayacağı gözlənilir.
"Barselona"nın yetirməsi olan Traore 2015-ci ildə "Aston Villa"ya transfer olub. Daha sonra "Midlsbro"ya keçən futbolçu 2018-ci ildən etibarən "Vulverhempton"da çıxış edirdi.
Səbuhi Həsənov