Xəbər lenti

"Barselona" Messiyə 2025-ci ilə qədər maaş verəcək
İdman06:44 04.07.2023

"Barselona" Messiyə 2025-ci ilə qədər maaş verəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya nəhəngi "Barselona" ilə argentinalı superulduz Lionel Messi arasındakı maaş anlaşması böyük maraq yaradıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, katalon klubunun prezidenti Xuan Laporta Messiyə daha iki il maaş ödəyəcəklərini açıqlayıb. Ödəmə 2025-ci ilə qədər, üstəlik, bu, hazırda "İnter Mayami"nin oyunçusu olan futbolçunun 2021-ci ilin yayında PSJ-yə keçməsinə və "Kamp Nou"ya qayıtmamasına baxmayaraq davam edəcək.
İspaniyanın "Cadena SER" radiosuna verdiyi müsahibədə Laporta "Barselona"nın Messi ilə görüşü necə qaçırdığını müzakirə edib. O, açıqlamasında, "Klubun maliyyə çətinlikləri üzündən bu yay Messiyə müqavilə təklif edə bilmədik. Messiyə borcluyuq? Borclu olduğumuz yeganə şey, klubun əvvəlki idarə heyəti ilə razılaşdırılmış maaş gecikdirmələridir. 2025-ci ildə başa çatacaq gözlənilən ödənişlər var. Beləliklə, Messiyə 2025-ci ilə qədər maaş verəcəyik” - sözlərini söyləyib.
Səbuhi Həsənov