Xəbər lenti

"Barselona"nın prezidenti Səudiyyə klublarına keçən futbolçuları tənqid etdi
İdman06:05 03.08.2023

"Barselona"nın prezidenti Səudiyyə klublarına keçən futbolçuları tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın prezidenti Xuan Laporta Səudiyyə Ərəbistanı klublarına keçən futbolçuları tənqid edib. 
Qaynarinfo bu barədə CNN-ə istinadən xəbər verir.
"Futbolçu Səudiyyə Ərəbistanına getməyi seçəndə, bu, əsasən idman səbəbləri ilə bağlı olmur. Prioritet sayılan başqa səbəblər də var. Futbol, idman səbəbləri prioritet olmalıdır”, deyə Laporta bildirib.
Yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı komandalarına Kərim Benzema, Sadio Mane, Fabinyo, Malkolm, Ruben Neves, Sergey Milinkovic-Saviç, Riyad Mahrez, Cordan Henderson, N'Qolo Kante kimi məşhur futbolçular keçib. 2022-ci ilin dekabrında Kriştiano Ronaldo "Əl-Nasr"lə müqavilə imzalayıb.
Aydın