Dünyanın ən yaxşı və məşhur stadionlarından biri olan "Kamp Nou"da toy etməyin qiymətləri açıqlanıb.
Qaynarinfo xəbər verir ki, "Barselona"nın ev oyunlarını qəbul etdiyi stadionda toy etmək istəyənlər üçün qiymətlər müəyyənləşdirilib. Belə ki, stadionda toyun qiyməti 1600 və 13.500 avro arasında dəyişir. Bəs bu qiymətlərə nə daxildir?
Klubun elanında yerləşdirilən məlumata görə bu qiymətə 6 saatlıq toplantı nəzərdə tutulur. Əlavə saatlar üçün isə ödəniş olunmalıdır. Toy üçün avadanlıqlar müştərilərin istəyinə, seçimlərinə uyğun quraşdırıla və sökülə bilər. Bununla yanaşı stadion əməkdaşları qurğuya nəzarət edəcəklər. Üstəlik bu qiymətə toydan əvvəl və sonra mərasimim baş tutacağı yerin təmizlənməsi, o cümlədən toy sahibinin istəyi əsasında əlavə xidmətlər də daxildir.
Bütün bunlarla yanaşı stadionun yalnız 15 faizinin doldurulmasına icazə verilir. Stadionda əsasən azarkeşlərin toy edəcəyi gözlənildiyi üçün, həmin iştirakçıların ən azı komandanın oyunlarına bir illik abunəliyi olmalıdır.
Bu qiymətlərə əlavə vergilər daxil deyil.
Səbuhi Həsənov