İdman 07:59 16.07.2022

"Barselona"nın transfer bombası

"Bavariya"nın polşalı hücumçusu Robert Levandovski  "Barselona" ilə 3 illik müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky Sport Italia” telekanalının jurnalisti Fabrisio Romano bildirib.

Onun məlumatına görə, "Bavariya" polşalının "Barselona"ya transferi üçün 50 milyon avro alacaq. Qeyd edilir ki, klublar cümə günü yekun razılığa gəliblər, Levandovskinin transferi həftə sonu açıqlanacaq.

Levandovskinin 33 yaşı var, o, 2014-cü ildən "Bavariya”da çıxış edir, hücumçu komandanın heyətində 374 oyun keçirib, 344 qol vurub və 72 məhsuldar ötürmə edib, polyak yeddi dəfə Almaniya çempionatının bombardiri olub.

Levandovski "Bavariya"nın heyətində Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub.