Xəbər lenti

"Barselona"nın yeni hədəfi: "Messinyo"
İdman06:42 08.01.2024

"Barselona"nın yeni hədəfi: "Messinyo"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" braziliyalı Estevao Villianı heyətinə qatmaq niyyətindədir.
Qaynarinfo-nun məlumatına görə, bu barədə "Mundo Deportivo"da xəbər yer alıb. Ancaq "Messinyo" və ya "braziliyalı Messi" ləqəbli "sambaçı" üçün "Barsa" bir neçə Premyer Liqa nəhəngi ilə mübarizə aparmalıdır. 
Uşaqlığından Kataloniya klubunun azarkeşi olan Estevao bu mövsümün əvvəlində "Barselona"nın formasını geyinmək arzusunu dilə gətirmişdi. Braziliyalı istedadın arzusu qarşılandı və "Barselona" "Messinyo" üçün "Arsenal", "Çelsi" və "Mançester Yunayted"lə yarışmalı olacaq. "Mundo Deportivo"nun məlumatına görə, Kataloniya nəhənginin maliyyə vəziyyəti keçidi gecikdirib.
Messinyo hazırda "Barselona"nın transfer siyahısında prioritet deyil. Amma braziliyalı istedad Avropadakı digər komandaların marağına baxmayaraq, Kataloniya nəhənginə getmək istəyir. 17 yaşlı futbolçu ilə "Arsenal", "Çelsi" və "Mançester Yunayted" maraqlanırdı. "Mundo Deportivo"nun xəbərinə görə, Estevaonun transferi "Barselona"nın maliyyə vəziyyətinə görə gecikir. Amma yay aylarında bu transfer reallaşa bilər. 
Məlumata görə, Estevaonun nümayəndələri "Barselona" menecerləri ilə görüşmək üçün klubun təmsil etdiyi şəhərə gedib.
Səbuhi Həsənov