"Barselona"nın yeni infrastruktur koordinatoru Boyan Krkiç gənc futbolçularla bağlı diqqətçəkən açıqlamalar verib.
Qaynarinfo-nun məlumatına görə, "Barselona"nın vaxtilə istedadlı futbolçularından hesab olunan, futbol dünyasında iz buraxılacağı gözlənilən, ancaq sonradan potensialından istifadə edə bilməyən Krkiç "Rakuten TV"də onun üçün hazırlanan sənədli filmdə diqqətçəkən açıqlamalar verib.
Hazırda "Barselona" infrastrukturunun koordinatoru olan Krkiç gənclərin hər şeyi dərhal istədiyini deyib:
"15 yaşlı uşaq artıq əvəzedici komanda ilə, 16 yaşlı isə əsas komanda ilə məşq etmək istəyir. Nə Messi, nə Kriştiano, nə də Rafael Nadal sıradan idmançılardır. Onlar qeyri-adi istedada malikdirlər və gənclərə örnək ola bilməz. Uğur onlar kimi olmaq deyil. Bu, yalnız çox az insanın çata biləcəyi zirvədir. Mənim üçün Serxio Kanales uğurlu idmançıdır, çünki o, üç dəfə dizini sındırmasına baxmayaraq milli komandaya düşdü. Xoselu 33 yaşında "Real"a transfer olunub. Bunlar əsl uğur hekayələridir. Bu halları nümunə kimi götürməliyik”.
Krkiç sonuncu dəfə Yaponiya klubu "Vissel Kobe"də bir mövsüm oynadıqdan sonra 2023-cü ilin martında karyerasını rəsmən başa vurdu. Adı tez-tez psixi problemləri ilə gündəmə gələn sabiq futbolçu heç vaxt ondan gözləntiləri doğrulda bilməyib. 2008-ci ildə əqli cəhətdən tükəndiyini deyən keçmiş futbolçu İspaniyanın həmin il Avropa çempionatında iştirak edən heyətinə qatılmayıb.
Səbuhi Həsənov