Xəbər lenti

"Barselona" "Spotify" ilə anlaşdı: "Camp Nou"nun adı ilk dəfə dəyişəcək
İdman09:47 16.03.2022

"Barselona" "Spotify" ilə anlaşdı: "Camp Nou"nun adı ilk dəfə dəyişəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" məşhur "Spotify" şirkəti ilə əməkdaşlığa başladığını rəsmən elan edib.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, müqavilə 4 il müddətinə nəzərdə tutulub. "Spotify" növbəti mövsümdən klubun titul sponsoru olacaq. Məlumatda bildirilir ki, şirkətin loqosu gələn mövsümdən kişi və qadın komandalarının formalarında, eləcə də məşq dəstlərində görünəcək.
Platforma həmçinin klubun stadionunun - "Camp Nou"nun titul tərəfdaşı olacaq. Bu səbəbdən arenanın adı "Spotify Camp Nou" olaraq dəyişdiriləcək.
"Bu yeni əməkdaşlığın bir hissəsi olaraq, "Spotify" 2022/23 mövsümündən etibarən klubun əsas tərəfdaşı olacaq. Stadionun uzunmüddətli mülkiyyət müqaviləsi 2022-ci ilin iyulunda başlayacaq", - klubun açıqlamasında deyilir.
"Barsa"nın "Spotify" ilə müqavilə şərtlərinə əsasən, 300 milyon avro qazanacağı bildirilir.
Səbuhi Həsənov