
"Barselona” qapıçı Mark-Andre ter Ştegeni satmağı düşünür.
Qaynarinfo xəbər verir ki, bu haqda "TodoFichajes"ın məlumatında deyilir.
Qəzetin yazdığına görə, futbolçunun başqa bir kluba keçməsinə səbəb Kataloniya klubundakı maliyyə problemləri ola bilər.
Xəbərdə qeyd edilib ki, Almaniyanın "Bavariya” klubu yay transfer pəncərəsi dövründə 80 milyon avroya bir qapıçı ala bilər. Həmin qolkiperin ter Ştegen olmaq ehtimalı var.
Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən "Barselona"da çıxış edir. Ötən mövsüm iştirak etdiyi 46 matçda 50 qol buraxıb.