Xəbər lenti

"Barselona" transferini açıqladı
İdman05:42 21.12.2018

"Barselona" transferini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Valensiya"nın futbolçusu Ceyson Murilyo mövsümün sonuna kimi icarə əsasında "Barselona"da çıxış edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 
"Barselona" icarə haqqı olaraq 2 milyon avro təzminat ödəyəcək. Kataloniya təmsilçisi mövsümün sonu 25 milyon avro ödəyərək 26 yaşlı müdafiəçini birdəfəlik ala biləcək.
Qeyd edək ki, mərkəz müdafiəçiləri - Tomas Vermalen və Samuel Umtiti zədələndiyi üçün Kataloniya klubu bu mövqeyə yeni futbolçu alıb.