
“Barselona” bu mövsüm futbolçu transferindən 44 milyon avro qazanc əldə edib.
Qaynar.info xəbər verir ki, katalonlar Pedronu 28 milyona, Adamanı 10 milyona, Deulofeni 6 milyon avroya satıb.
Bu ötən illə müqayisədə 36 milyon avro azdı. Belə ki, komanda keçən mövsüm Fabreqas, Alexsis, Bojan, Dos Santosun satışından 80 milyon avro qazanmışdı.
Qaynar.info