Xəbər lenti

“Barselona” üçün çox vacib gün: Messi 2 qat az maaşla razılaşdı, müqavilə imzalandı
İdman12:46 15.07.2021

“Barselona” üçün çox vacib gün: Messi 2 qat az maaşla razılaşdı, müqavilə imzalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Joan Laporta sələfinin problemlərini həll etməyə davam edir - bu, həqiqətən asan deyil: yığılmış borclar ümumilikdə 1,2 milyard avro olaraq qiymətləndirilir.
Qaynarinfo xəbər verir ki, iyul ayının əvvəlində "Barselona”nın şişirdilmiş əmək haqqı səbəbiylə yeni oyunçularını qeydiyyata ala bilməməsi bəlli olub.
2019/20 mövsümündə Barçanın maaş məbləği 671 milyon avro olub və indi bu, 383 milyona sığmalıdır - bu gəlir və xərclərdən asılı olaraq hər klub üçün ayrı-ayrı hesablanan növbəti mövsümün tavanıdır.
"Barselona” indi gəlirlərinin 110%-ni maaşlara xərcləyir!
Klub Konrad de la Fuente, Jan-Kler Todibo, Junior Firpo və Karles Alenyanı satıb, Matias Fernandes ilə müqaviləni pozub, 21 yaşlı portuqaliyalı qanad oyunçusu Françisko Trinkaunu "Vulverhampton”a kirayəyə verib - amma bu, kifayət deyil, çünki onlarla çox az məbləğli müqavilələr var.
Əsas problem: Yağlı müqavilələr bağlayan futbolçular (Umtiti, Pyaniç) klubdan ayrılmaqdan imtina edirlər - başa düşürlər ki, onlara heç bir yerdə belə pul (vergilərdən əvvəl 16 milyon, çıxıldıqdan sonra 8 milyon) verilməyəcək.
Bu arada ən önəmli hadisə baş verib: Lionel Messi klubla 5 illik müqavilə imzalayıb – o, Barsadakı çətin vəziyyətə görə maaşının 50% azaldılmasına razılaşıb (Diario Sport).
Düzdür, ikinci mövsümdən Leo daha çox maaş alacaq – ancaq nə qədər olduğu bilinmir. 22/23 mövsümünün sonunda "Barselona”da davam edib-etməyəcəyinə o özü qərar verəcək. Əgər hə desə, onda 2023-cü ildən etibarən ödənişlərin həcmi tədricən azalmağa başlayacaq.