Xəbər lenti

“Barselona” üçün şok: 10 həftə oynamayacaq...
İdman05:50 30.11.2019

“Barselona” üçün şok: 10 həftə oynamayacaq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sağlamlıq yoxlamasından keçən Osman Dembelenin sağ ayağının yuxarı əzələsində yırtıq tapılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda "Barselona” komandasından verilən açıqlamada məlumat verilib.

UEFA Çempionlar liqası həftəsində oynanan "Barselona” – "Borussia Dortmund” oyununun 25-ci dəqiqəsində zədələnərək oyunu tərk edən 22 yaşlı fransız hücumçunun 10 həftəyə sağalacağı təxmin edilir.

Mövsümün ilk matçında zədələnəndən sonra ay yarım oynaya bilməyən Dembele son 4 ayda daha 3 dəfə zədə alıb.

Qeyd edək ki, 2017-ci ilin avqustunda "Barselona” "Borussiya"dan transfer etdiyi Dembele üçün 105 milyon avro ödəyib.

Bu mövsüm La Liqada 5, çempionlar Liqasında 3 oyun keçirən Dembele 1 qola imza atıb.

Alpər