Xəbər lenti

"Barselona" xal itirdi, Messi rekorda imza atdı (VİDEO)
İdman16:11 21.02.2021

"Barselona" xal itirdi, Messi rekorda imza atdı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İspaniya La Liqasında XXIV turun oyunları keçirilir.
Qaynarinfo xəbər verir ki, "Barselona" bu turda "Kadiz"i qəbul edib. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 32-ci dəqiqə penaltidən Lionel Messi açıb. 89-cu dəqiqədə Aleyks Fernandes penaltidən bərabərlik qolunu vurub.
Ehtiyatda bir oyunu olan "Barselona" 47 xalla 3-cü pillədə qərarlaşıb və lider Atletiko"dan 8 "Real"dan 5 xal geri qalır. 25 xalla 14-cü yeri tutur.
"Kadiz"lə oyun "Barselona"nın ulduzu Messi üçün əlamətdar olub. Argentinalı futbolçu La Liqa matçlarının sayına görə yeni rekorda imza atıb. Hücumçu 506-cı oyununu keçirib. Messi bu göstəricidə Xavini 1 oyun geridə qoyub. 34 yaşlı forvardın İspaniya çempionatında ilk görüşü 2004-cü ilin oktyabrında "Union Espanyol”a qarşı olub.
Təcrübəli oyunçu bundan əvvəl Çempionlar Liqasında (ÇL) da yeni nailiyyətə imza atıb. Hücumçu Avropanın ən nüfuzlu klub turnirində ardıcıl 17-ci təqvim ilində fərqlənməyi bacarıb. O, 2021-ci ildə ÇL-də ilk qolunu evdə Fransa PSJ-si ilə 1/8 final mərhələsinin ilk oyununda vurub. Kapitan 27-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Beləliklə, o, 2005-ci ildən başlayaraq, hər il rəqib komandaları məyus edib.
<iframe width="640" height="400" src="https://player.koravidstream.com/embed/I655leJi7HzND?autoplay=1&htmlplayer=1" style="border:none;" allowfullscreen="">