Xəbər lenti

"Barselona"dan 250 milyon avroluq transfer təklifi
İdman14:47 06.08.2019

"Barselona"dan 250 milyon avroluq transfer təklifi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona" PSJ-yə Neymar üçün yeni təklif göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Abdella Boulma "Twitter”də yazıb.
Jurnalist iddia edib ki, Kataloniya klubu sabiq futbolçusu üçün fransızlara 250 milyon avro təklif edib. "Barselona” bu məbləği 2 il ərzində 3 mərhələdə (150+50+50) ödəməyi düşünür.
Qeyd edək ki, Neymar iki il əvvəl "Barselona”dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib.