Niderland millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Qaynarinfo "Goal"a istinadən xəbər verir ki, DÇ-2022-dən sonra komandanı Ronald Kuman çalışdıracaq. Kuman Niderland millisinin yeni baş məşqçisi kimi təsdiqlənib.
Yığmanın hazırkı baş məşqçisi Lui Van Qal bir neçə gün öncə prostat xərçənginə tutulduğunu etiraf etmişdi. O açıqlamasında müalicələr aldığını bildirimişdi. Bu səbəbdən DÇ-2022-dən sonra komanda Kumana tapşırılacaq. Buna qədər 2018-2020-ci illərdə də "Narıncılar"a rəhbərlik etmiş Kuman 2023-cü ildə komanda üzərində nəzarəti tam olaraq öz üzərinə götürəcək. Onun müqaviləsinin müddəti 2026-cı ilə qədər olacaq. Bu da o analama gəlir ki, Avro-2024-də də komandanın başında məhz Kuman olacaq.
59 yaşlı mütəxəssis şəxsi tvitter hesabında verdiyi açıqlamada bunarı yazıb: "Dünya çempionatından sonra yenidən Niderland millisinin baş məşqçisi rolunu yerinə yetirəcəyimi bölüşməkdən qürur duyuram. Bu yeni çağırışı, birlikdə yeni uğurlara imza atmağı çox səbirsizliklə gözləyirik”
Kuman son olaraq 2021-ci ildə "Barselona"nı çalışdırıb. Ancaq uğursuz nəticələrə görə klubdan qovulub.
Səbuhi Həsənov