Xəbər lenti

"Barselona"dan yeni transfer
İdman16:27 27.06.2020

"Barselona"dan yeni transfer

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniçin "Barselona"ya transferi rəsmiləşmək üzrədi.
Qaynarinfo xəbər verir ki, Pyaniç sabah "Barselona" üçün tibbi müayinədən keçəcək. Bu barədə jurnalistlər - Canluka Di Martsio və Nikolo Skira məlumat yayıblar.
Katalon klubu 30 yaşlı futbolçuya görə 60 milyon avro ödəyəcək. Bonuslar da nəzərdə tutulub. "Barsa"nın yarımmüdafiəçisi Artur isə 70+5 milyon avro qarşılığında "Yuve"yə transfer olacaq. Braziliyalı oyunçunun da sabah tibbi yoxlanışdan keçəcəyi gözlənilir.