"Barselona"nın prezidenti Joan Laportanın koronavirus testi müsbət çıxıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klub məlumat yayıb. Laportanın ikinci testinin müsbət nəticə göstərdiyi açıqlanıb.
Klubdan verilən açıqlamada prezidentin səhhətinin yaxşı olduğu, heç bir əlamət göstərmədiyi və onun təcrid edildiyi bildirilib.
"Barselona"nın vitse-prezidenti Rafael Yustenin testi isə mənfi nəticə göstərib. Bir neçə gün öncə komandanın bəzi üzvlərinin də test nəticələrinin müsbət olduğu bildirilmişdi.
Səbuhi Həsənov