
“Barselona” futbol klubunun baş məşqçisi Tito Vilanovanın komandadan getməsindən sonra ispan klubu yeni məşqçi ilə anlaşıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, kataloniyalılar Xerardo Martinonun seçimi üzərində dayanıblar. Məşqçinin sonuncu klubu argentinanın “Nyuellz Old Boyz” olub.
Bu gün “Barselona” rəhbərliyinin argentinalı mütəxəssislə görüş keçirəcəyi xəbər verilir.
Xatırladaq ki, bir neçə gün öncə “Barselona” futbol klubunun baş məşqçisi Tito Vilanova qulaqardı vəzin xərçəngindən əziyyət çəkdiyinə görə komandadan ayrılıb.
Qaynar.info