İdman 16:03 10.04.2023

Baş hakim ona etiraz edən futbolçunu söydü

Xorvatiya çempionatında hakim ona etiraz edən futbolçunu söyüb.

Qayanrinfo-nun məlumatına görə, qalmaqal "Hayduk” - "İstra 1961” matçında qarşılaşıb. Matçın 36-cı dəqiqəsində "İstra”nın müdafiəçisi Advan Kaduşiç "Hajduk”un futbolçusu Lukas Qrgiçin müdaxiləsi nəticəsində zədələnib. 

Baş hakim Ante Kuline tərəddüd etmədən Qrgiçə qırmızı vərəqəni göstərib. Ancaq "Hayduk"un futbolçuları qırmızı vərəqə ilə razılaşmayıblar. Xüsusən də Split təmsilçisi Marko Livaya hakimə tərəf qaçıb. Hakim isə milli üzvünə "Mənimlə üz-üzəsən? Üzümə baxırsan? Mənim işimə qarışma, al sarı vərəqə!" deyib və söyüş söyüb.

Kulinanın dedikləri dodaq oxucusu tərəfindən müəyyənləşdirilib.

Bu hakimlə Livaya arasında baş verən insident birinci deyil. Keçən mövsümün noyabrında oyunların birində Livaya sərt qayda pozuntusuna məruz qalsa da, matçı idarə edən Kulina ona qarşı kobudluğa yol verən futbolçuya vərəqə göstərməyib. Əksinə, hakimin bu qərarına etiraz edən Livaya cəzalandırılıb. Daha sonra tribunadan hakimlərə yad əşyalar atılıb və laynsman Anta Mariç başından xəsarət alıb. Livaya həmin matçda 90 dəqiqə meydanda qalsa da, zədələnib.

"Hayduk” - "İstra 1961” qarşılaşması  2:2 hesabı ilə başa çatıb.

Səbuhi Həsənov