Xəbər lenti

Baş məşqçi Ronaldo haqda: "Son qoymalıyıq"
İdman06:48 10.12.2022

Baş məşqçi Ronaldo haqda: "Son qoymalıyıq"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Portuqaliya millisinin baş məşqçisi Fernando Santos dünya çempionatında Mərakeşlə 1/4 final mərhələsində baş tutacaq matçdan öncə nətbuat konfransında fikirlərini bildirib.
Qaynarinfo xəbər verir ki, mütəxəssis komandanın lideri Kriştiano Ronaldonun sonuncu, İsveçrə ilə qarşılaşmada əsas heyətdə yer almaması və millidən ayrılmaq istəməsi ilə bağlı sualı da cavablandırıb.
68 yaşlı məşqçi açıqlamasında "Ronaldo həmişə ilk "11-lik"də başlamağa alışdığı üçün bu vəziyyətdən məmnundur. O mənə dedi ki, "Doğrudan da bunun yaxşı bir fikir olduğunu düşünürsən?". Fikirlərimi izah etdim, səmimi söhbətimiz oldu. Təbii ki, onları qəbul etdi. Məncə, Ronaldonu tək qoymağın vaxtı çatıb. O, mənə yığmadan getmək istədiyini demədi. Hesab edirəm ki, biz indi bu polemikalara son qoymalıyıq"
Səbuhi Həsənov