Xəbər lenti

Baş nazir ASAN Xidmətlə bağlı qərar imzaladı
Ölkə05:38 24.05.2018

Baş nazir ASAN Xidmətlə bağlı qərar imzaladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Qaynarinfo-nun məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs də daxil edilib.
Qeyd edək ki, "Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs Prezident İlham Əliyevin 14 mart 2018-ci il fərmanı ilə yaradılıb.