Xəbər lenti

Baş nazir: Valyuta ehtiyatlarımız ilin əvvəlindən 20 faiz artaraq 91 milyard olub
Ekonomiks11:18 13.03.2026

Baş nazir: Valyuta ehtiyatlarımız ilin əvvəlindən 20 faiz artaraq 91 milyard olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Hesabat dövründə strateji valyuta ehtiyatları ilin əvvəlindən təqribən 14.1 milyard dollar və ya 20% artaraq 85 milyard dolları keçib".
Qaynarinfo xəbər veri ki bunu Baş Nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı deyib
Baş nazir bildirib ki, bu, ÜDM-dən 12% çoxdur və dünyada adambaşına düşən ehtiyatlara görə ən yüksək göstəricilərdən biridir. Bu göstərici xarici dövlət borcunu (4,8 milyard dollar) 18 dəfəyədək üstələyir:
"2025-ci ildə inflyasiya hədəf diapazonunda olmuşdur. Belə ki, illik inflyasiya 5.2%, orta illik inflyasiya isə 5.6% təşkil edib. Makroiqtisadi idarəetmənin keyfiyyəti maliyyə intizamı və fiskal dayanıqlılıq göstəricilərində də aydın görünür. 2025-ci ildə dövlət büdcəsinin gəlirləri təqribən 39.2 milyard manat (5.4% çox), xərcləri isə 38,6 milyard manat (2.4% çox) icra olunub.
Qafqaz Rafiqoğlu