Xəbər lenti

Baş prokuror azyaşlılara qarşı törədilən cinayətlərdən danışdı: "Ən ağır cəza tədbirləri görülür”
Ölkə11:11 02.11.2021

Baş prokuror azyaşlılara qarşı törədilən cinayətlərdən danışdı: "Ən ağır cəza tədbirləri görülür”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təsədüfü hadisələr nəticəsində törədilən, böyük ictimai təhlükə törətməyən, az ağır, ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı humanistləşməyə getməliyik”.
Qaynarinfo xəbər verir ki, bunu "Real TV”yə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.
"Hətta bəzi məsələlərdə dekriminallaşmaya getməliyik. Amma harada qatı, ağır, şəxsiyyət əleyhinə törədilən, korrupsiya və digər cinayətlər varsa, biz orada tam qəti, kəsərli addımlar atmalıyıq və atırıq da. Bizim qanunvericilikdə kifayət qədər əsaslar var. Azyaşlılara qarşı törədilən cinayətlərlə bağlı ən ağır cəza tədbirləri həyata keçirilir", - o vurğulayıb.