Xəbər lenti

Baş Prokuror yazıçı Rafiq Tağının qətlindən danışdı
Ölkə06:47 01.10.2014

Baş Prokuror yazıçı Rafiq Tağının qətlindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Rafiq Tağının ölüm faktı ilə bağlı əməliyyat-axtarış tədbirlərini davam etdiririk. Təəssüflər olsun ki, bu işin açılması hələ də təmin edilməyib. Bu, bizi narahat edir". Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş prokuror Zakir Qaralov deyib.

Baş prokuror onu da bildirib ki, bu ilin 9 ayı ərzində 245 ölüm hadisəsindən 12 qəsdən adam öldürmə hadisəsinin üstü açılmayıb: "Sözsüz ki, biz həmin cinayətlərin açılması üzrə digər dövlət orqanları ilə səylər göstəririk".

Qeyd edək ki, 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Qaynar.info