Xəbər lenti

Baş prokurordan yeni təyinat (YENİLƏNİB)
Ölkə 16:23 04.04.2023

Baş prokurordan yeni təyinat (YENİLƏNİB)

Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yənidən təşkil olunub.

Baş Prokurorluqdan Qaynarinfo-ya verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb. Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.

Qeyd edilib ki, bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.

Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini- Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.

15.50
 
Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini - Statistika şöbəsinin rəisi vəzifəsinə təyinat olub.

APA xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan vəzifəyə ədliyyə müşaviri Hümbətov Elnur Akif oğlu təyin olunub.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, Statistika şöbəsinin rəisi, idarə rəisinin bundan əvvəlki müavini Sahib İsmayılov bir müddət əvvəl Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->