Xəbər lenti

Baş Prokurorluq 96 saxta COVID-19 testi ilə bağlı məlumat yaydı
Ölkə12:04 19.05.2021

Baş Prokurorluq 96 saxta COVID-19 testi ilə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt- Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair "Leyla Medical Center” və "Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb".
Bu barədə Qaynarinfo-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
"Bununla bağlı bildiririk ki, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək", məlumatda qeyd edilib.