Xəbər lenti

Baş prokurorluqdan Kamran Həsənli ilə bağlı AÇIQLAMA
Ölkə12:53 10.03.2016

Baş prokurorluqdan Kamran Həsənli ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aparıcı Kamran Həsənlinin müğənni Samir Piriyevdən 80 min dollar alıb qaytarmaması ilə bağlı rəsmi açıqlama verilib.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı Samir Piriyev tərəfindən şikayət ərizəsi daxil olub. S.Piriyev ərizəsində Kamran Həsənlinin ondan 80 min dollar aldığını və mənimsədiyini qeyd edib.
Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci ( külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.
Qaynar.info