Xəbər lenti

Baş redaktor təhdid olundu
Ölkə18:41 11.12.2013

Baş redaktor təhdid olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Cumhuriyyet.az saytı 11 dekabr saat 14:00 radələrində basqına məruz qalıb.

Qaynar.info musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat saytda və sosial şəbəkələrdə yayılıb. Saytın redaksiyası iddia edir ki, basqını Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev təşkil edib. 

Saytın iddialarına görə, özünü QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbu orqanının baş redaktoru  Şahin Məhərrəmov kimi təqdim edən şəxs və daha bir nəfər redaksiyaya gələrək rəhbərliyi təhdid edib. 

Yayılan məlumatda bildirilir ki, redaksiyaya gələn şəxslər etirazlarını Cumhuriyyet.az saytında yer alan "QHT-lərə səlib yürüşü və Azay Quliyevin maxinasiyaları” başlıqlı yazıyla əsaslandırıblar: “Etirazını bildirən bu şəxslərə qarşı tərəfin mövqeyini dərc edə biləcəyimizi desək də, onlar bununla razılaşmadı. Özünü Şahin Məhərrəmov kimi təqdim edən şəxs "Yeni Cumhuriyyət” qəzetinin və cumhuriyyet.az saytının baş redaktoru Nəsimi Şərəfxanlını açıq şəkildə təhdid etdi: "Bu yazını çıxartmasan və bir də bizim idarə  haqda yazsan sənin cavabını küçədə verəcəyik, mənim itirdiyim adam tapılmır”.

Musavat.com saytı məsələ ilə bağlı A.Quliyevin mövqeyini öyrənməyə çalışıb. Ancaq deputat əməkdaşımızın dəfələrlə edilən zənglərinə cavab verməyib. Buna görə də xəbəri deputatın fikri olmadan dərc edirik. Lakin istənilən vaxt Azay Quliyev barəsindəki iddialarla bağlı mövqeyini qəzetə çatdıra bilər.

Qaynar.info