Dünən gecə saatlarında Xalqxeber.az saytının baş redaktoru Peyman Sadıqovun 90-ZX-444 dövlət qeydiyyat nömrəli avtomobilindən oğurluq edilib.
Qaynarinfo xəbər verir ki, bu barədə baş redaktor sosial mediada məlumat yayıb. Peyman Sadıqov bildirib ki, bunu edənlər qanun qarşısında cavab verməli olacaq.
Baş redaktorun avtomobilindən sənədlər, maşına quraşdırılan 230 manat dəyərində video reqistrator və bank kartları oğurlanıb. Həmçinin avtomobilə xeyli miqdarda ziyan vurulub.