Xəbər lenti

Baş redaktorun şikayəti təmin edilmədi
Ölkə12:10 12.08.2013

Baş redaktorun şikayəti təmin edilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Apellyasiya Məhkəməsində “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyli barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunması barədə verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, bir müddət əvvəl Xətai rayon Məhkəməsi S. Əlibəylinin barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qeyd edək ki, S. Əlibəyli bir gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və yaxud silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmə) maddəsi ilə ittiham olunur.

Qaynar.info