Xəbər lenti

“Başa düşdülər ki, mənə qarşı böyük səhv ediblər”- Gülər Əhmədova
Ölkə12:45 18.07.2014

“Başa düşdülər ki, mənə qarşı böyük səhv ediblər”- Gülər Əhmədova

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Dözümlülük nümayiş etdirmək lazımdır. Mən bunu həbsdə olarkən də gördüm”
Sabiq deputat, mandatalverində günahkar bilinərək həbs edilən, sonra şərti azadlığa buraxılanGülər Əhmədova AzNews.az-a müsahibə verib. Qaynar.info həminmüsahibəni təqdim edir.
- Gülər xanım,qarşıdan Milli Mətbuatın yaranmasının 139 illiyi gəlir. Bir vaxtlar ölkəmətbuatımızda təmsil olunan bir şəxs kimi KİV-lərimizin mövcud durumubarədə nə deyə bilərsiniz?
- Nə olursaolsun, Azərbaycan mətbuatında ən xoş sözlərə, mükafatlara layiq olanşəxslər təmsil olunur. Azərbaycan mətbuatının irəliləməsi üçün də ölkəbaşçısı İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən çox böyükaddımların atıldığını görürəm. Ölkə mətbuatının irəliləməsi, saflaşması,eyni zamanda müstəqilləşməsi üçün dövlətin atdığı bütün addımlar gözqabağındadır. Hesab edirəm ki, jurnalistlərə ötən il dövlət vəsaitihesabına ən müasir səviyyədə tikilmiş evlərin paylanılması da çox böyükhadisədir. Mən uzun illər jurnalistlərlə çalışmışam. Jurnalistlərimizinən böyük sosial problemlərindən biri evsizlik olub. Şükürlər olsun ki,xeyli mətbuat işçisi dövlətimizin hesabına bu problemdən yaxa qurtarabildi. Bundan başqa mətbuatımızın inkişafı üçün dövlət tərəfindən digəraddımlar da atılır. Bunu siz də bilirsiz. 
- Mətbuat sahəsində hansı problemlər mövcuddur?
-Təbiiki, problemlər də var. Ən əsası jurnalistlərimizin intellektualsəviyyəsinin qaldırılmasına ehtiyac var. Azərbaycan mətbuatının ən böyükproblemlərindən biri jurnalistlərin birdilli olmasıdır. Onlarınəksəriyyəti yalnız bir dildə danışıb yaza bilirlər. Jurnalistlərimizinqəzet, jurnal və digər mətbu orqanlarda dərc olunan yazıları ən çoxuməhəlli xarakter daşıyır. Analitik yazılar demək olar ki, yoxsəviyyəsizdir. Ən ciddi, oxunan qəzet və sayıtlar belə daha çox şəxsi,qalmaqallı yazılara üstünlük verir. Jurnalistlərimiz hər hansı birşəxsin üzərində qurulmuş qalmaqallı yazılarla gündəmi zəbt etməyəçalışırlar. Ölkə mətbuatında Azərbaycan mədəniyyəti, iqtisadiyyatı,təhsili, sosial problemlərlə bağlı analitik yazılar çox azdır.Ümumiyyətcə, bu sahədə ixtisaslaşan jurnalistlərin də sayı azdır.Jurnalistlərimzin əksəriyyəti rus, ingilis dillərini bilmir və bu dasonda mətbuatda bir sıra ciddi boşluqlar yaradır.
- Hansı boşluqlardan söhbət gedir?
-Ən azı jurnalistlərimizin əksəriyyəti yuxarıda adını sadaladığımızdilləri bilməməsi, ölkəmizlə bağlı xarici mətbuatda ciddi məlumatlarıyazıb, təhlil edə bilmir. Azərbaycan mətbuatında hesab edirəm ki,bölünmə ilə bağlı gecikmələr var. Bu iş çoxdan aparılmalı idi. Dünyanınelə bir regionunda yerləşirik ki, jurnalistlərimizin içərisində konkretolaraq İran, Rus, Türkiyə Avropaşunaslar olmalıdır. Çünki Azərbaycanınxarici siyasətdə o qədər böyük addımlayır ki, bunu ölkə mətbuatındaanaliz edən, onu kütləyə çatdıra biləcək yazılar görmürəm. HalbukiAzərbaycanın xarici siyasətində çox önəmli hadisələr baş verir. Ammaölkə KİV-ləri bunu kiçik xəbər şəkilində yayımlamaqla kifayətlənirlər.Amma heç kim başa düşmür ki, dünyanın iqtisadi böhran vəziyyətindəyaşadığı dövrdə necə oldu ki, ölkəmiz bu problemlərdən rahat yan ötübkeçə bilir. Bunun da analitikasını heç yerdə oxumamışam. Və yaxud bu gündünyada ciddi qlobal problemlər mövcuddur. Vaxtilə eyni sistemdəyaşadığımız ölkələr çox ciddi problemlər yaşayır. Şükürlər olsun ki,Azərbaycan bu problemlərdə yan ötüb keçir. Fikrimcə, ölkəmizdə bu cüruğurlarımızı, problemlərimizi düzgün yaza bilən analitiklər olmalı,xalqa oxuculara nəyin nə olduğunu daha geniş, başa düşülən formadaçatdırmalıdırlar. 
- Məlum məsələlərəgörə həbsdə olarkən, sizə qarşı mətbuatda qərəzli yazıların dərcolunduğunu demişdiniz. Hazırda necə, belə hallar yenədə varmı?
-Bu cür hallar dünyanın hansı ölkə mətbuatında yoxdur ki? Bu hər yandavar. Elə jurnalistlər var ki, sifarişlə yazılar yazırlar. 
Mənümumiyyətlə, 1993-cü ildən Azərbaycan mətbuatında çalışmışam. İlk işim ovaxtlar çox məşhur olan, böyük tirajla çap olunan və satılan “Səhər”qəzetində olub. Mən həmin illərdən mətbuatla sıx əməkdaşlıq edirəm. Onagörə də, heç vaxt jurnalistlərimizlə pis münasibətdə olmaq arzumolmayıb. İnanmıram ki, kimsə barəsində qərəzli yazıların yazılmasınıntərəfdarı olsun. Əks halda belə bir “məlumatlara” dözümlülük nümayişetdirmək lazımdır. Mən bunu həbsdə olarkən də gördüm. Nəticədə də birneçə jurnalist həbsdən buraxılan gün məndən halallıq istədilər. Mən dəsözügedən jurnalistlərə halallığımı verdim. Onlar başa düşdülər ki, mənəqarşı çox böyük səhv ediblər. 
Mən ölkəmizdə xeylijurnalistin problemlərinin həll olunması və irəliləməsi istiqamətindəköməklik etmişəm. Bu gün sözü gedən insanlar sayəmdə kifayət qədər yaxşıməqam sahibi olublar. Onların çalışdıqları kollektivlərdə də bunu bilənvar. İnanıram ki, zamanında onlar mənim bu yaxşılığımı diləgətirəcəklər. Media təmsilçilərimizə göstərdiyim dəstəyə görə də, heçvaxt peşman olmamışam və hesab edirəm ki, düz etmişəm. 
-“Mərkəz” qəzetinin fəaliyyətini bərpa etməyi düşünürsünüzmü?
-Vallahtam səmimi danışmaq istəyirəm. Hər kəsə sizin vasitənizlə bir dahabəyan edirəm ki, hər hansı bir işi görməyə hazırlaşmıram. İşləməkhaqqında heç planım da yoxdur.
-Niyə?
-Eh..Xeyr. Nə istirahət?.. Problemim var. Məlum hadisələrdən sonra, ailəməçox mənəvi-psixoloji zərbələr dəyib. Bu zərbədan kiçiyindən tutmuşböyüyünə kimi hamıya ziyan edib. Mən ailəmlə birlikdə bütün gücümzləçalışırıq ki, bu cür mənfi emosiyadan çıxaq. Ailəmlə birlikdə olacağamvə həyatımı onlara həsr etmək istəyirəm. Ona görə də hələ ki, heç bir işbarədə düşünmürəm, hər hansı planım yoxdur.