
Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.
Azərbaycan Basketbol Federasiyasına yeni prezident seçilib. Anspress-in Federasiyaya istinadən verdiyi xəbərə görə, aprelin 9-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Basketbol Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.
ABF-nin baş katibi Qəhrəman Məmmədyarov hesabat məruzəsi ilə çıxış edib. Baş katib Azərbaycan basketbolçularının 2008-2012-ci illərdə qazandığı nailiyyətlərdən danışıb. Sonra basketbolçular və məşqçilər hesabat dövrü barədə fikirlərini bildirib, federasiyanın prezident və baş katib vəzifələrinə seçkilər keçirilib.
Nadir Nəsibov yenidən ABF-nin prezidenti seçilib. Q.Məmmədyarov isə baş katib vəzifəsinə təyin olunub.
Basketbol üzrə Azərbaycan milli komandasının sabiq məşqçisi Rimas Kurtinaytis isə ABF-nin Rəyasət Heyətinin fəxri üzvü seçilib.
Xatırladaq ki, Basketbol üzrə milli komandamız onun rəhbərliyi altında 2005-ci ildə Dünya İslam Oyunlarında qızıl medal qazanmışdı.
Qaynar.info