İdman 10:49 02.07.2022

Basketbol üzrə milli komandamız Avropa Çempionatının yarımfinalında

Kiçik ölkələr arasında keçirilən Avropa Çempionatında milli komandamız 1/4 final mərhələsində San Marino seçməsi ilə qarşılaşıb.

Qaynarinfo xəbər verir ki, ilk dəqiqələrdən oyuna fəal başlayan yığmamız yekunda parketdən 68-51 hesablı qələbə ilə ayrılıb.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu 21 xalla millimizin kapitanı Amil Həmzəyev seçilib.

Qeyd edək ki, yığmamız bu qələbədən sonra adını turnirin 1/2 final mərhələsinə yazdırıb. Yarımfinalda rəqibimiz Malta komandası olacaq. Oyun 2 iyul tarixində Bakı vaxtı ilə saat 18.15-də start götürəcək.