Xəbər lenti

Basketbolçu bu hərəkəinə görə 50 min dollar cərimələndi
İdman12:30 20.04.2022

Basketbolçu bu hərəkəinə görə 50 min dollar cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
NBA komandası "Bruklin Nets"in basketbolçusu Kayri İrvinq rəqib azarkeşlərinə qarşı etdiyi hərəkətə görə cərimələnib.
Qaynarinfo xəbər verir ki, basketbolçu "Boston Seltiks"lə oyunda rəqib azarkeşlərə qarşı fiziki hərəkətlər edib. Bu, NBA-nın pley-off mərhələsinin birinci raundunun ilk oyununda baş verib. Aprelin 17-də keçirilən qarşılaşmada "Bruklin Nets" rəqibinə 115:114 hesabı ilə məğlub olub. Sözügedən matçda İrvinq "Boston Seltiks"in azarkeşinə qarşı fiziki hərəkətlər edib. Ardından isə bəzi açıqlamalar verib. Nəticədə NBA rəhbərliyi İrvinqi davranışına görə 50 min dollar cərimələyib.
30 yaşlı basketbolçu 2017-2018 və 2018-2019 mövsümlərində "Boston Seltiks"də çıxış edib.
Səbuhi Həsənov