Xəbər lenti

Başqasına etibarnəmə verdi, 11.7 milyon vergi borcu yarandı - Azərbaycanda ilginc hadisə
Ekonomiks15:14 14.12.2022

Başqasına etibarnəmə verdi, 11.7 milyon vergi borcu yarandı - Azərbaycanda ilginc hadisə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan 33 yaşlı kişi etibarnamə verdiyi şəxsə görə işə düşüb. 
Qaynarinfo-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Rəhman (şərti) adlı şəxs bilməyərək başqasına etibarnamə verib. Nəticədə onun adına şirkət açılıb. Həmin şəxsin adına olan şirkətin 11 milyon 725 min 181 manat 4 qəpik borcu yaranıb. 
Rəhman məhkəməyə çağırılanadək vergi borcunun yaranmasından məlumatsız olub. O, vergi orqanına gedərək bununla bağlı izahat yazıb. Hazırda bununla bağlı araşdırma gedir. 
Qeyd edək ki, həmin şəxsin ölkə xaricinə çıxmaq hüququ da müvəqqəti məhdudlaşdırılıb.
Əhməd